ABŞ-nin "Delta Airlines" şirkətinə məxsus təyyarə havaya qalxarkən mühərriklərindən birinin alovlanmasından sonra Los-Anceles aeroportuna qayıtmaq məcburiyyətində qalıb.

"Unikal" bu barədə "BBC News"a istinadla xəbər verir.

Bildirilir ki, "Boeing 767-400" təyyarəsi Los-Ancelesdə havaya qalxanda sol mühərriki alovlanıb.

Los-Ancelesdən Atlantaya uçuş etməli olan təyyarə daha sonra dövrə vuraraq Los-Ancelesdə eniş edib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.