Rusiyanın Yakutiya bölgəsində baş verən dəhşətli yol qəzası nəticəsində 14 nəfər, o cümlədən sürücü həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi regionun Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində7 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

"Hadisə yerli vaxtla saat 03:20 radələrində “Denisovskiy” Dağ-Mədən Kombinatına məxsus texnoloji avtomobil yolunda baş verib. Məlumata görə, “Nefaz 4208-34” markalı növbəli avtobus yoldan çıxaraq təxminən 25 metr hündürlükdən dərəyə aşıb", - agentlik qeyd edib. 

Qəzanın səbəbləri araşdırılır.

Gülayə Mecid