Hindistan Sovet istehsalı olan MiQ-21 səsdən sürətli cəbhə qırıcılarını 60 ildən çox xidmətdən sonra bu payızda hava qüvvələrinin tərkibindən çıxaracaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu təyyarələrlə təntənəli vida mərasimi sentyabrın 19-da Çandiqarh aviabazasında keçiriləcək.
Hindistan dünyada ən çox yayılmış sayılan MiQ-21 qırıcılarını hələ də idarə edən azsaylı ölkələrdən biridir. Hindistan Hərbi Hava Qüvvələri hazırda əsas dayaq kimi Su-30MKI və MiQ-29 qırıcılarına arxalanır.