Moskvanın Basmannı məhkəməsi Novqorod vilayətinin nəqliyyat və yol təsərrüfatı naziri Konstantin Kuranovu xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edərək həbs edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə müstəntiqin Kuranovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətini təmin edib.

Həmçinin Novqorod vilayəti hökuməti sədrinin müavini Stanislav Şultsev də Kuranovla birgə mühakimə olunur. O da xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilib.