Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun keçiriləcəyi məkan kimi İstanbuldakı Çırağan Sarayının seçilməsi onun tutumu, tarixi əhəmiyyəti və nümayəndə heyətləri tərəfindən maraqla qarşılanması ilə bağlıdır.
"Unikal" xəbər verir ki, bu barədə proseslə tanış olan mənbə bildirib.
"Birincisi, məkan: genişmiqyaslıdır, böyükdür. İkincisi, tarixi əhəmiyyəti: böyük tarixin bir hissəsidir. Yaxşı ki, bu hadisəni işıqlandıran nümayəndə heyətləri, jurnalistlər bunu çox bəyəndilər, böyük maraq var idi", - mənbə qeyd edib.
Bildirilib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda danışıq dilini nümayəndə heyətləri özləri müəyyən edəcək, təşkilatçılar isə istənilən yardımı göstərməyə hazırdırlar.