ABŞ prezidenti Donald Tramp Amerika şəhərlərinin küçələrindən evsizlərin genişmiqyaslı təmizlənməsinə dair sərəncam imzalamağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitin jurnalistlərə açıqlamasında deyib.
"Bu təşəbbüs cinayətkarları küçələrdən uzaqlaşdıracaq. Amerikalılar özlərini daha təhlükəsiz hiss edəcəklər və narkomaniya və ya psixi sağlamlıq problemi olan insanlar yardım alacaq", - Levitt bildirib.
Gülayə Mecid