FİDE şahmatçıların avqustin 1-nə olan dünya reytinqini dərc edib.

"Unikal" xəbər verir ki, siyahıda Azərbaycanın 7 şahmatçısı “Top-100”də yer alıb.

Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Qrossmeysterimiz 2746 xalla 11-ci yerdə qərarlaşıb. Onun mövqeyində dəyişiklik olmayıb. Bir pillə irəliləyən Teymur Rəcəbov (2692) 37-ci sırada yer alıb. Ötən ayda olduğu kimi, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cüdür.

Cədvələ 2839 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Günay Məmmədzadə (2390) 52-cüdür. O, mövqeyini qoruyub. Ülviyyə Fətəliyeva (2371) 71-ci, Gövhər Beydullayeva (2371) 74-cü pilləyə geriləyib. Ötən ayda 88-ci olan Gülnar Məmmədova 100-lüyü tərk edib.

Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2609 xal