İranın Kerman əyalətində zəlzələ olub. 

"Unikal" xəbər verir ki, bu gün səhər saatlarında əyalətin Zehkəlut şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. 

Məlumata görə, zəlzələnin mərkəzi 28 kilometr dərinlikdə olub. 

Can itkisi qeydə alınmayıb.