Rusiyanın Tula vilayətində avtobus qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsovun məlumatına görə, avtobus qəzası nəticəsində 39 nəfər Tula vilayətinin xəstəxanalarına yerləşdirilib. 

"Tula vilayətində avtobusun qəzaya uğraması nəticəsində 5-i uşaq olmaqla 39 nəfər xəsarət alıb. 39 nəfər, o cümlədən beş uşaq xəstəxanaya yerləşdirilib", - o, deyib.

 Hadisənin  baş vermə səbəbi açıqlanmayıb.