Pakistan polisi sabiq Baş nazir İmran Xanın qurucusu olduğu əsas müxalifət partiyası “Pakistan Təhrike İnsaf”ın 120 üzvünü həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat dərc edib.
Məlumata görə, saxlanılmalar əksərən ölkənin Lahor bölgəsində baş verib. Bunun fonunda yerli sakinlər arasında İmran Xanın azad edilməsi tələbi ilə aksiya keçirilir.