Perm şəhərində miqrantların iştirakı ilə iğtişaşlar baş verib və hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb olunub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb .
Qeyd olunur ki, iğtişaşlar Novıy Krım mikrorayonunda barıt zavodunun işçiləri arasında başlayıb. Etirazçılarla əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma yaşanıb.
Xatırladaq ki, ötən gün təhlükəsizlik qüvvələrinin Moskvanın mərkəzindəki hoteldə 300-ə yaxın qanunsuz miqrantı saxlamışdı.