"ABŞ yaxın günlərdə münaqişənin həllində Kiyev və Moskvanın mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün mümkün addımları müəyyən etmək üçün avropalı tərəfdaşlar və Ukrayna hakimiyyəti ilə məsləhətləşmələr aparmaq niyyətindədir".
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.
O, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyünün bu cəbhədə irəliləyişdən asılı olduğunu qeyd edərək, “Biz yaxın bir neçə gün ərzində Avropalı müttəfiqlərimiz və həmçinin ukraynalılarla bu cəbhədə hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün danışacağıq", - deyib.
Rubio əlavə edib ki, Vaşinqton Rusiyanın şərtlərini Ukrayna və Aİ-nin qəbul etməyə hazır olduğu şərtlərlə müqayisə etməli, həmçinin bu iki mövqenin nə qədər yaxın ola biləcəyini anlamağa çalışmalıdır.
Gülayə Mecid