Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın Yeni Dehli üçün tarifləri 50% artırmaq qərarına cavab verib.
"Unikal" xəbər verir ki, onun sözlərini yerli mətbuat sitat gətirib.
"Bilirəm ki, yüksək qiymət ödəməli olacağam, amma mən hazıram. Hindistan hazırdır", - Modi deyib.
Avqustun 6-da Tramp Hindistandan gələn mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Onun sözlərinə görə, ölkə Rusiya neftini almaqla Ukrayna ilə münaqişədə Rusiyanı effektiv şəkildə maliyyələşdirir. Beləliklə, Hindistan mallarına rüsumların ümumi məbləği 50%-ə çatıb.
Gülayə Mecid