Gəncədə bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər  ərazisində yerləşən restoranların birininin yaxınlığında  qeydə alınıb.

Belə ki, 2001-ci il  R.Rüstəmov və 1997-ci il təvəllüdlü Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov