Xəbər verdiyimiz kimi, bu gün İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, səhər saatlarında rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota Prado” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, həyatını itirən Aydan Maliyyə Nazirliyinin əməkdaşı olub. Belə ki, o, bir müddət Maliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xarici ölkələrdəki nümayəndəliklərin maliyyəsi sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Aydan Çinin Pekin şəhərində magistratura təhsilini bitirib və yenicə Azərbaycana qayıdıbmış.

Murad İbrahimli