ABŞ prezidenti Donald Tramp ABŞ-nin Ukraynadakı münaqişəni maliyyələşdirməsini “dayandırmasını” istəyir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində bildirib.

"Prezident və mən - biz Ukraynadakı müharibəni maliyyələşdirməyi dayandırmaq istəyirik. Biz sülh yolu ilə nizamlanmaya nail olmaq istəyirik", - Vens deyib.

Siyasətçi qeyd edib ki, amerikalılar vergilərini Ukrayna münaqişəsinə xərcləməkdən yorulublar. "Lakin avropalılar Amerika silahlarını Ukraynaya ötürmək üçün almaq istəsələr, Vaşinqton buna etiraz etməyəcək", - deyə vitse-prezident əlavə edib.