Ukrayna danışıqlar masasında olmalıdır.
"Unikal" xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte "ABC News"a açıqlamasında deyib.
“Bizə Ukraynanın danışıqlar masasında olması lazımdır. Bu, ərazilərlə və təhlükəsizlik zəmanətləri ilə bağlı olacaq. Ukrayna münaqişənin bitməsi üzrə razılaşmada öz gələcəyini müəyyən etməlidir. NATO qoşunlarının Şərqi Avropada mövcudluğu ilə bağlı “heç bir məhdudiyyət” olmamalıdır", - deyə Rütte bildirib.