Şimali Koreyanın Xarici İşlər Nazirliyi İsraili bütün Qəzza zolağının işğalı planına görə qınayır və İsrail qüvvələrinin oranı tərk etməsini tələb edir.

"Unikal" xəbər verir ki, bu barədə nazirlik rəsmi bəyanat yayıb. 

"İsrail Nazirlər Kabinetinin Fələstinin Qəzza zolağının tamamilə ələ keçirilməsi ilə bağlı “qərarı” beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır", - bəyanatda qeyd olunub. 

Pxenyan “Qəzza zolağının ərazi mənsubiyyətini və onun əhalisinin tərkibini dəyişdirmək üçün birtərəfli cəhdləri ” qəbuledilməz adlandırıb və həmçinin fələstinlilərə qarşı hücumların dərhal dayandırılmasını tələb edib.