Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qarışıq döyüş ustası Həmzət Çimayevə "Maybach" hədiyyə edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kadırov UFC 319 çempionunu Qroznı hava limanında təntənəli şəkildə qarşılayıb.

"Həmzət Çimayevin qalib gələcəyinə 100 faiz əmin idim. Buna heç şübhə etmirdim", - deyə Kadırov açıqlayıb. 

İdmançı orta çəkidə çempion titulu uğrunda Çikaqoda cənubi afrikalı Drikus du Plessis üzərində inamlı qələbə qazanıb. Döyüş avqustun 17-də baş tutub və yekdilliklə Çimayevin xeyrinə qərarla yekunlaşıb.

Ağarza Elçinoğlu