Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov Çin Xalq Respublikasının Şençjen şəhərində Tibbi Laborator Diaqnostika üzrə beynəlxalq konfransda iştirak edib.
"Unikal" xəbər verir ki, bu konfransın məqsədi laboratoriya təbabətinin inkişafına və qabaqcıl biliklərin yayılmasına töhfə verməklə yanaşı, həm də iştirakçılar arasında peşəkar və elmi əlaqələrin/körpülərin yaradılmasına dəstək olmaqdır.