BMT-də yenə də Qarabağdan danışılacaq
11:36 20-09-2013
CƏMİYYƏT
BMT-də yenə də Qarabağdan danışılacaq
“İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” və “GUAM məkanında davam edən münaqişələr, onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihələri BMT baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb.
BMT-nin mətbuat xidmətinin verdiyi məlumata görə, qətnamə layihələri 67-ci sessiyada müzakirəyə çıxarılmadığı üçün cari sessiyanın gündəliyinə müvafiq olaraq 34 və 38-ci maddə kimi daxil edilib.
Qeyd edək ki, 68-ci sessiyanın rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda keçirilib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlunun “Unikal”a söylədiyinə görə, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizliik Şurası və o cümlədən Baş Assambleyası bu günə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı iki dəfə qərar və qətnamə qəbul edib. Birinci halda, yəni Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş məlum qətnamələri hələ də icra edilməyib və bu günədək kağız üzərində qalır”.
Ekspertin dediyinə görə, “BMT-nin Baş Assambleyasının qərarı isə cəbhə xəttində monitorinqlərin keçirilməsinə gətirib çıxartdı. Lakin bu monitorinqləri ATƏT-in Minsk Qrupu həyata keçirtdiyi üçün hər şeyi öz bildiyi kimi etdi. Buna görə də bu monitorinqlər də münaqişənin həlli üçün effektli qərarların qəbul edilməsinə zəmin yarada bilmədi. İndiki vəziyyətdə Baş Assambleya Dağlıq qarabağdan və işğal edilmiş ərazilərdən olan məcburi köçkünlərin və qaçqınların hüquqlarının tənzimlənməsi ilə bağlı müvafiq qərarlar qəbul edə bilər. Nəticədə əlimizdə hüquqi gücə və icra təminatına malik qərarlar ola bilər ki, bu da münaqişənin həlli prosesində Azərbaycanın üstünlüyünü gerçəkləşdirmək yolunda mühüm addıma çevrilə bilər”.
Politoloq hesab edir ki, “Azərbaycanın BMT müstəvisində Dağlıq Qarabağ probleminin həlli baxımından optimal hesab edilə biləcək üçüncü yolu Təhlükəsizlik Şurasının sədrliyi mexanizmindən istifadə şansıdır. İndiki mərhələdə isə Suriya prosesləri dünyanı daha çox məşğul etdiyindən Azərbaycanın bir qədər arxa planda durması daha məqsədəuyğundur”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində istənilən beynəlxalq qurumun imkanlarından yararlanmağa çalışmalıdır. Onun “Unikal”a söylədiyinə görə, “BMT dünyanın ən nüfuzlu siyasi qurumudur və biz çalışmalıyıq ki, qurumun bu sessiyasında dünya birliyinin diqqətini bir daha Dağlıq Qarabağ probleminin məğzinə yönəldə bilək. Sözügedən sessiyada BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsi xüsusi vurğulanmalıdır”.
Millət vəkili hesab edir ki, “Təhlükəsizlik Şurasının həmin qətnamələrinin icrasının hüquqi mexanizmlərinin müəyyənləşdirilməsini qabartmaq indiki məqamda ən başlıca vəzifəmiz olmalıdır.”
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00