Əyalətlərdə Quba və İsmayıllı sindromu
19:03 21-09-2013
CƏMİYYƏT
Əyalətlərdə Quba və İsmayıllı sindromu
Şamaxının icra başçısı ona şikayət edənlərin üzərinə polis niyə göndərdi?
Quba və İsmayıllı rayonlarında baş verən məlum olaylardan sonra böyük əksəriyyət elə zənn edirdi ki, proseslər digər rayonlara da sıçrayacaq. Lakin bu gözləntilər özlərini doğrultmadı. Çünki hakimiyyət dairələri təcili olaraq bütün rayonlarda lazımi tədbirlər görərək, prosesin önünü kəsməyə nail oldu.
Amma bu baş verənlərdən nəticə çıxarmayan icra başçıları hələ də qalır. Özbaşınalıq, qanunsuzluq edərək, əhalini qızışdıran və onların əsəbləri ilə oynayan belə icra başçılarından biri də Şamaxının hazırkı rəhbəri Asif Ağayevdir. Gələn xəbərlərə görə, rayonda hal hazırda durum getdikcə pisləşir. Buna səbəb isə icra başçısının bir sıra yanlış addımlar atması və qərarlar verməsidir.
Həmin məlumatlarda deyilir ki, Şamaxı rayonunda əksər kəndlərinin ciddi problemləri var. Yol, işıq və digər sosial problemlərdən dolayı meydana çıxmış bu vəziyyəti düzəltmək üçün real addımların atılması zəruri olduğu halda, Asif Ağayevin başı daha çox torpaq ələ keçirərək, onlardan pul qazanmağa qarışmasıdır. Həmin məlumatlara görə, icra başçısı Şamaxıda bir sıra əlverişli yerləri ələ keçirərək, orada özünə turizm mərkəzləri qurmağa nail olub. Həmçinin bələdiyyə torpaqlarının bir qismini özünküləşdirərək, orada üzüm bağları salır və ya əkinçiliklə məşğul olur. Rayon sakinlərinin üzləşdiyi problemlər isə bir kənara qoyularaq, hər şey başlı başına buraxılıb.
Məlumatlara görə, durum o qədər ağırdır ki, artıq rayonda vəziyyət belə qarışmağa başlayıb. Hələ bir müddət əvvəl Şamaxı sakinləri bununla bağlı Asif Ağayevi xəbərdar edərək, problemlərin həllini tələb etmişdilər. Hətta onu aksiya keçirəcəkləri ilə bağlı xəbərdar da etmişdilər. Lakin bütün bunlara baxmayaraq, icra başçısı heç bir təsirli addım atmamışdı. Nəhayət, vəziyyət o qədər gərginləşib ki, artıq Şamaxı kəndlərində İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirmək istəmələrinə dair məlumatlar yayılmağa başlayıb.
Bu barədə deyilir ki, bu həftənin ortalarında bir qrup rayon sakini yenidən Asif Ağayevlə görüşmək üçün İcra Hakimiyyətinin qarşısında toplaşıblar. Lakin bundan qəzəblənən icra başçısı yerli polisə göstəriş verərək, ona müraciət etmək üçün gələnlərin dağıdılmasını əmr edib. Və bu da əhali arasında narazılığın yaranmasına gətirib çıxarıb.
Dünən isə xəbər yayılıb ki, artıq Şamaxı kəndlərində əhali etiraz aksiyaları keçirmək üçün hazırlıqlara başlayıblar. Belə ki, kənd camaatı arasında bunun hansı şəkildə və necə keçirilməsi ilə bağlı müzakirələr start götürüb. Yaxın günlər üçün yekun qərar veriləcəyi gözlənilir.
Məlumatlarda o da vurğulanır ki, icra başçısı vəziyyətdən çıxmaq üçün bəzi addımlar atmağa çalışır. Hətta özü kəndlərə gedərək, əhali ilə görüşmək üçün cəhdlər edir. Lakin əksər kəndlərdən gələn xəbərdarlıqdı deyilib ki, onlara tərəf üz tutmasın. Əks təqdirdə, aralarındakı münasibətlərdə gərginlik ən yüksək həddə çatacaq.
Asim
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06