Arif Əsgərovun qardaşı dar ayaqda
19:04 21-09-2013
CƏMİYYƏT
Arif Əsgərovun qardaşı dar ayaqda
Qazaxın icra başçısının da adı 48 milyon manatlıq qalmaqala qarışdı
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərov və oğlu Elçin Əsgərovun adı 48 milyon manatlıq fırıldağa qarışıb. Artıq bununla bağlı qalmaqalın kimlərə zərər vurduğu da bəlli olub.
Ötən gün prezident İlham Əliyevə müraciət edən keçmiş vitse-spiker Zakir Zeynalovun həyat yoldaşı Çimnaz Zeynalova bildirib ki, idarə rəisinin oğlu onun övladının pullarını mənimsəyib. Amma proses zaman içində daha çox məmuru udmaq ərəfəsindədir. Çünki ortaya yeni-yeni adlar da çıxmağa başlayıb.
“Unikal”a verilən məlumata görə, Arif Əsgərovun qardaşı, Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsəgrovun da adı 48 milyon manatlıq qalmaqala qarışıb. İddialara görə, Ayaz Əsəgrov bacısı oğlu ilə birlikdə prosesdə iştirak edib və qazanılan pulların bir qismi də onun tərəfindən mənimsənilib.
Həmçinin icra başçısının dəmiryolu ilə yük daşınması prosesi üçün şirkət yaradaraq, bacısı oğlu ilə ortaq hərəkət edib. Deyilənlərə görə, Ayaz Əsgərov vəziyyətin ağır olduğunu görərək, həmin şirkətin fəaliyyətini dayandırıb. Hətta şirkətin rekvizitlərini belə sildirməyə müvəffəq olub.
Amma bütün bunların onu xilas edəcəyi gözlənilmir. Çünki 48 milyon manatlıq qalmaqalla bağlı araşdırma apartdıran nəqliyyat naziri Ziya Məmmədov icra başçısının izinə düşüb. Məlumatlara görə, nazirin adamları ortalıqda yoxa çıxmış pulların nə qədərinin icra başçısına çatdığını belə müəyyənləşdirməyə nail olublar. Yaxın günlərdə Ayaz Əsgərovun Bakıya çağrılaraq, bununla bağlı söhbət ediləcəyi gözlənilir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04