YAP-çı deputat debatdakı davadan danışdı
19:06 21-09-2013
CƏMİYYƏT
YAP-çı deputat debatdakı davadan danışdı
"Cəmil Həsənli prezidentliyə namizədə uyğun olmayan hərəkət etdiyinə görə, MSK bu məsələni geniş müzakirə edərək onun barəsində tədbir görməlidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə prezidentliyə namizədlərin debatdakı davasına münasibət bildirərkən deyib.
Deputatin fikrincə, MSK bu olaya ciddi reaksiya verməlidir:
“Prezidentliyə namizədlərin 19 oktyabrda İctimai Televiziyada növbəti dteldebatındakı yaşanan gərginlik ölkə ictimaiyyətində böyük narahatlıq yaratdı.
"Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupunun irəli sürdüyü prezidentlyə namizəd Cəmil Həsənlinin dünənki hərəkəti böyük təəccüb doğurur. Toxunuzmazlıq statusundan istifadə edərək C.Həsənli dünən Seçki Məcəlləsinin müddəalarını kobud surətdə pozaraq süni gərginlik yaratmağa çalışmış, digər namizədlərin şəxsiyyətinə toxunmuş, reqlamenti dəfələrlə pozmuş, digərilərinin vaxtına girərək qaydaları kobud surətdə pozmuşdur. Onun hərəkətləri dəyirmi masanın müəyyən müddətə işinin pozulmasına gətirib çıxarmışdır.
Ona görə də hesab edirəm ki, Cəmil Həsənlinin prezidentliyə namizədə uyğun olmayan hərəkət etdiyinə görə MSK bu məsələni geniş müzakirə onun barəsində tədbir görməlidir. Cəmil Həsənlinin digər namizədlərin də qatıldığı dəyirmi masada bu cür süni gərginlik yaradan hərəkətlərə yol verməsi kobud qanun pozuntusudur. Düzdür Cəmil Həsənli prezidentliyə namizəd olduğundan onu studiyadan zor tətbiq edib çıxartmaq olmazdı, amma namizəd olduğuna görə istədiyi hərəkət etməyə haqq qazandırıla bilməz . Odur ki, MSK bua ciddi reaksiya verərək onu məsuliyyətə cəlb etməlidir”-deyə YAP-ç deputat vurğulayıb.
Anar RÜSTƏMOV
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12