Politoloq: "YAP tənqidi fikirlərin əleyhinə deyil, sadəcə fikirlər hüquqi faktlara əsaslanmalıdır"
12:27 24-09-2013
CƏMİYYƏT
Politoloq: "YAP tənqidi fikirlərin əleyhinə deyil, sadəcə fikirlər hüquqi faktlara əsaslanmalıdır"
"Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyası zamanı heç bir namizəd haqqında tənqid və təhqiredici sözlər işlətmir"
Bu sözləri politoloq Cümşüd Nuriyev "Milli Şura" üzvlərinin hakimiyyətə qarşı səsləndirdiyi təhqiredici fikirlərə münasibət bildirərkən deyib.
"Bizi sayımız çox olduğuna görə qınayırlar. Əgər bir insanın siyasətini qəbul edənlərin sayı çoxdursa, demək ki, o insan ağıllıdır. Partiyamızın üzvlərinin çoxu elmlər doktoru, professordur. Heç bir yerdə elmlər doktoru məcburi şəkildə kiminsə ideyasını qəbul edə bilməz. Onlar öz istəkləri ilə partiyanın üzvü olublar. Onları partiyamıza üzv olmağa cəlb edən amil ölkə başçısının siyasətini qəbul etmələri, dəstəkləmələri və partiyada olan demokratik şəraitdir"- Cümşüd Nuriyev qeyd edib.
Politoloq vurğulayıb ki, YAP tənqidi fikirlərin əleyhinə deyil, sadəcə fikirlər hüquqi faktlara əsaslanmalı, düzgün olmalıdır: "Əsas olan hansı fikrin necə səsləndirilməsidir. Azərbaycanda korrupsiya ilə mübarizəyə 2004-cü ildən başlanılıb. Korrupsiya ilə bağlı Dövlət Proqramı, qanun qəbul olunub. Ölkə başçısı "Asan Xidmət" yaratmaqla Korrupsiyanın kökünü kəsib. Əgər iqtidar korrupsiyadan xəbərsiz olsaydı, bu addımı atmazdı. Əgər bununla bağlı lazımi işlər görülürsə, "Milli Şuranın" ölkə prezidentini korrupsiyada günahlandırması təhqirdir. Çünki həyata keçirilən tədbirlər göz qabağındadır. Cəmil Həsənlinin özü korrupsiyanın içində ola-ola prezidenti təhqir edirsə, demək ki, o, cavabını almalıdır. Partiyamızın bu cür yanlış fikirlərə, təhqiramiz böhtan xarakterli iddialara cavab verəcək yüksək düşüncə tərzinə, savada, etikaya malik kifayət qədər ziyalı üzvü var. Ona görə də "Milli Şura" fikirləşməsin ki, YAP-ın kontingenti ilə bacara biləcək. Onlar partiyanın üzvlərinin kimlər olduğunu və Prezident İlham Əliyevi nəyə görə dəstəklədiklərini bilməlidirlər. Dövlət başçısını kimsə məcburiyyətdən dəstəkləmir. Bu gün ölkəmizdə gedən sürətli inkişafın, yürüdülən ağıllı siyasətin şahidi olan hər kəs Prezident İlham Əliyevi könüllü surətdə dəstəkləyir".
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12