"Unikal"ın yazdığına Əvəz Ələkbərov reaksiya verdi
12:28 24-09-2013
CƏMİYYƏT
"Unikal"ın yazdığına Əvəz Ələkbərov reaksiya verdi
Sabiq nazir saytlara üz tutdu
Sabiq maliyyə naziri Əvəz Ələkbərov təşvişə düşüb. Belə ki, "Unikal" qəzetinin ötən sayında "Sabiq nazirlərin müəmmalı susqunluğu" yazısında bildirilirdi ki, bəzi keçmiş məmurlar seçkilərə ya reaksiya vermir, yada hansısa formada müxalifətə simpatiya nümayiş etdirirlər. Yazıda daha sonra göstərilirdi:-" Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur.
Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır.Bu mövzuda qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə prezident seçkilərinə xeyli vaxt qaldığını və bu müddətdə bir çox tanınmış sabiqlərində kimə səs verəcəkləri yönündə mövqelərinə aydınlıq gətirə biləcəklərini istisna etmədi: "Amma onu da gözardı etmək olmaz ki, bəzi sabiqlərin susqunluğunun özünəməxsus səbəblərinin ola bilməsi tamamilə mümkündür. Məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin incikliyinin çox ciddi olduğu, buradakı əmlak və biznesinin böyük bir hissəsini sataraq, əsasən ölkə xaricində yaşamağa və oradakı biznesini genişləndirməyə çalışdığı sirr deyil. Onun artıq Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanmadığı deyilir və əgər bu deyilənlər doğrudursa, Babayevdən hər hansı mövqe ifadə edəcəyini gözləmək yersizdir. Elə sabiqlər də var ki, onlar yeni vəzifə təyinatı ümidində olduqlarını gizlətmirlər. Məsələn, bir müddət əvvəl sabiq maliyyə naziri Əvəz Ələkbərov belə bir istəyini eyhamlı şəkildə saytların birinə açıqlamasında dilə gətirmişdi". Qeyd edək ki, həqiqətən də dünənə qədər əksər eks-nazirlər gündəmdən çıxmışdılar. Amma bu yazı dərc olunandan sonra sabiq nazir Əvəz Ələkbərov özünə yaxın saytlarla əlaqə quraraq açıqlamalar verib. Əvəz Ələkbərova yaxın olan şəxslərdən birinin "Unikal"a bildirməsinə görə, onun yaxın günlərdə geniş müsahibəsidə dərc olunacaq. Bunu da xatırladaq ki, sabiq nazir açıqlama verərək İlham Əliyevi dəstəkləyəcəyini söyləyib. Maraqlıdır, dünənə qədər nədən sabiq nazir mövqeyini bəyan etmirdi? Mövzuya qayıdacağıq.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12