YAP-çı deputat Milli Şuranın mitinqini pislədi
12:28 24-09-2013
CƏMİYYƏT
YAP-çı deputat Milli Şuranın mitinqini pislədi
"22 sentyabrda Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupunun prezidentliyə namizədi Cəmil Həsənlinin seçkiqabağı mitinqi keçirildi. Mitinqində edilən çıxışlar opponentlərinə təhqir və hədyanaqlıqlarla zəngin idi. Bu cür çıxışlar isə həmin namizədin irəli sürən siyasi elitanın hazırlıq keyfiyyətinin göstəricisidir".
Bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın 22 sentyabr mitinqinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Milli Şuranın namizədi Cəmil Həsənlinin əvvəldən də seçicilərlə görüşündə çıxışların bir çoxunda nə seçki qanunvericiliyinə, nə də adət-ənənələrə uyğun olmayan fikirlər olub. "Bu cür siyasətlə onlar nə tərəfdarlarının sayını artıracaq, nə də ki cəmiyyətdə demokratiya istəyən qüvvə kimi görünəcəklər. Azərbaycan cəmiyyəti min illərdən bəri toplanmış bir mədəniyyəti vardır. Həmçinin Azərbaycan xalqının artıq 20 ildən çox topladığı və seçkidən seçkiyə zənginləşdirdiyi seçki təcrübəsi vardır"-deyən YAP-çı deputat bildirib ki, belə mitinqlər və heç bir ölçüyə gəlməyən çıxışlar opponentlərinə uğur qazandıra bilməz.
O qeyd edib ki, digər tərəfdən, belə siyasətin və heç bir ölçüyə gəlməyən çıxışların olması , hakimiyyətin opponentlərinin əsl simasını cəmiyyətə göstərməyə kifayət qədər imkan verir. "Azərbaycan iqtidarının gücü onun yüksək mədəniyyətindədir. Cəmiyyətin hər bir üzvünün mənafeyini qoruması, vətəndaş həmrəyliyinin nümayiş etdirilməsi indiki iqtidarın simasıdır. Opponentlərimiz ortaya mədəniyyətsizlik, təhqir, populizm və kiçik bir qrupun marağını ifadə edən platforma qoyurlarsa, Azərbaycan iqtidarı ortaya yüksək mədəniyyət, sivillik, sözlə fikrin vəhdəti, ən əsası ilə Azərbaycanı yüksək səviyyədə təmsil etmə təcrübəsi qoyur. Hesab edirəm ki, Azərbaycan vətəndaşı və seçicisi kifayət qədər ciddi və yetkin bir insandır ki, bunu görə bilsin"-deyə A.Mirzəzadə vurğulayıb.
Sonda isə millət vəkili əlavə edib ki, bundan sonra da opponentləri iqtidarı provokasiyaya çəkmək, onu öz səviyyəsinə endirmək cəhdləri etsə belə yenə də Azərbaycan hakimiyyəti ən yüksək dəyərləri və mədəni prinsipləri, Azərbaycan xalqının mənafeyini təmin edən siyasətini ortaya qoyacaq.
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12