Azərbaycan Ermənistanı küncə sıxışdırır
11:21 26-09-2013
CƏMİYYƏT
Azərbaycan Ermənistanı küncə sıxışdırır
Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko Rusiya Strateji Araşdırmalar İnstitutunda (RSAİ) keçirilən "Avqust müharibəsi"nin geosiyasi yekunları: dərslər və problemlər" adlı beynəlxalq konfransda çıxışında bildirib ki, "Ermənistanın Gömrük İttifaqına qoşulmaq haqqında qərar verməsi həyati əhəmiyyətli idi. Bu addım Rusiyanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirəcək".
Onun fikrincə, "Avropanın, ümumilikdə Qərbin Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq cəhdləri boşa çıxıb".
Lakin reallıq əks durumdan xəbər verir. Belə ki Ermənistan prezidenti Sərkisyan Moskvada yekunlaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında Azərbaycanı ittiham edərək deyib ki, təşkilatın bəzi ölkələrinin Azərbaycanın təsiri ilə müttəfiqliyə zidd addımlar atır.
"Qəbul olunmuş bəzi kollektiv qərarlara baxmayaraq bəzi üzv ölkələr başqa təşkilatlarda KTMT-nın qərarlarına əks addımlar atır. "Son illərdə prezident
səviyyəsində belə Azərbaycanın təsiri ilə bəzi üzv ölkələr "dövlətlərin ərazi bütövlüyü" prinsipini digər prinsiplərdən üstün tutan birtərəfli qərarlar qəbul edir. Təbii ki, bəzi ölkələrin Azərbaycanla bağlı öz maraqları ola bilər. Lakin təşkilat daxilində biz buna razı ola bilmərik"-deyə Sərkisyan məyus halda qeyd edib.
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Azərbacan Cənubi Qafqazda Rusiya üçün çox önəmli bir dövlətdir və buna görə Dağlıq Qarabağı problemindən əlavə başqa problemlər yaratmaq niyyətində deyil. Nəzərə alaq ki, Rusiya Azərbacana güclü təzyiqlər göstərmək üçün bir çox təsirli rıçaqlara malikdir, amma dediyim səbəb üzündən onlardan istifadə etmir. Azərbaycan rəhbərliyi də bunu dəqiq hesablaya bildiyindən Ermənistanı bir çox regional layihələrdən kənarlaşdıra bilib. Bu situaisuyadan ən çox yararlanan isə Gürcüstan olub."
Politoloqun sözlərinə görə, "Ermənistan öz əkdiyini biçir və buna görə də iqtisadiyyatı tam şəkildə Rusiyadan asılı durma düşüb".
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin "Unikal"a dediyinə görə, "Rusiya Azərbaycanın "Nabukko" layihəsinə maraq göstərməsindən ciddi narahat idi. Əsl həqiqətdə bir zamanlar həm hakimiyyət, həm də mətbuat Almaniyanın xarici işlər nazirini tənqid edirdilər. Almaniyada insan haqları məsələsi qabardıldı. Bu Norveçlə bağlı münasibətlərdə də özünü göstərirdi. Belə ziddiyyətlər müşahidə olunurdu. Amma sonradan vəziyyət dəyişdi. Azərbaycan
"Nabukko"-dan imtina etdikdən sonra Almaniya TAP layihəsinə sahib çıxdı. Almaniyanın bu addımı Azərbaycan üçün manevr imkanları yaratdı".
Partiya sədrinin sözlərinə görə, Rusiyanın Avropaya qaz ötürməsində əsas açar rolunu Almaniya oynayır. Hətta Rusiya özünün slavyan müttəfiqlərindən imtina edərək Baltik dənizinin altı ilə kəmər çəkdi. Faktiki olaraq, Rusiya Ukrayna və Belorusu oyundankənar vəziyyətdə saxladı. Eyni zamanda Rusiya Yaxın Şərqdə zəiflədikdən sonra bizim regionda güclənmək qərarı verdi. Azərbaycan faktiki olaraq, Rusiya və Almaniya arasında manevr etdi. Bundan az sonra isə Putin prezident İlham Əliyevlə əlaqə saxladı. Rusiyanın Azərbaycana silah satması məsələsi ortaya çıxdı və s. Bütün bu ssenarilər Rusiyanın marağına
hesablanmışdı. Başqa sözlə, Rusiya son addımları və ssenariləri ilə Azərbaycana təzyiqlər etmək və nə isə qoparmaq istəyirdi. Bu maraqlar qarşılıqlı şəkildə təmin edildikdən sonra Milli Şuraya Rusiya tərəfindən əvvəlki kimi dəstək olmadı və artıq proseslər dalana dirəndi və bununla da Milli Şura oyundan çıxdı. Qərb dövlətləri Azərbaycandakı status-kvonun dəyişilməsini istəmir. Hazırda Qərbin bu bölgədə ən böyük marağı enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan hökuməti TANAP layihəsi vasitəsilə Qərblə Rusiya arasında manevr etmək imkanını əldən buraxmadığna görə bu üçlük arasında ümumi mövqe yarandı".
Quliyev hesab edir ki, "Azərbaycanın bu manevrləri Ermənistanı tamamilə oyundankənar duruma salıb".
Nurəddin Güntay
Digər Xəbərlər
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15