Qərb İranla barışır?
12:29 27-09-2013
CƏMİYYƏT
Qərb İranla barışır?
İran yaxın 3-6 ay ərzində öz nüvə proqramına dair beynəlxalq ictimaiyyətlə razılaşma əldə etmək istəyir. Bunu İran prezidenti Həsən Ruhani PBS telekanalına müsahibəsində deyib.
"Nüvə probleminin həlli Amerika-İran münasibətlərinin yaxşılaşmasında "hədəf nöqtəsi" ola bilər. Mənim ölkəm öz nüvə istehsalının dinc məqsədlərə tabe olduğuna
Qərbi inandırmaq üçün maksimal dərəcədə səmimiliyə hazırdır. İranın Ali dini lideri Ayətulla Xamenei bu məsələdə danışıqlar aparmaq üçün bütün səlahiyyətləri mənə verib." - deyə İran prezidenti bildirib.
Həsən Ruhaninin bu bəyanatı İranla "5+1" ölkələri arasında nüvə danışıqlarının növbəti raundu ərəfəsinə təsadüf edib.
Tanınmış politoloq Qabil Hüseynlinin “Unikal”a dediyinə görə, “Qərblə İran arasında yumşalmanın müşaidə olunması zahiri görüntüdür və yaxın aylarda yenidən gərginlik qeydə alınacaq. Çünki İran özünü nüvə proqramını reallaşdırmaq niyyətində sabitqədəmdir və bunu açıq şəkildə dəfələrlə bəyan edir. Qərb isə bu proqramın təkcə dinc məqsədlərlə məhdudlaşacağına inanmır və əndişə içindədir. Bu da məlumdur ki, İran bır sıra terror qurumaları ilə əlaqəli işləyir. Ona görə də Qərb dövlətləri və xüsusən də İsraillə Birləşmiş Ştatlar İranın səmimiyyətinə inanmır.
Zənnimcə, Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ardı bundan sonra da davam edəcək və onsuz da çətin vəziyyətdə olan İran iqtisadiyyatı daha da zəifləyəcək”.
Politoloqun fikrincə, “Suriyada gedən proseslərdə yaranmış azacıq səngimə İranı bir qədər ruhlandırıb. Buna görə də Qərbə danışıq jestləri göndərir. Lakin Rusiyanıən təşəbbüsü ilə Suriya proseslərində yaranmış nisbi yumşalma da müvəqqəti və ötəri haldır. Çünki Əsəd rejiminin elə bir maliyyə imkanı yoxdur ki, ixtiyarında olan kimyəvi silaharı məhv edə bilsin. Bu vəsaiti ona Rusiya və yaxud İran da verə bilməyəcək. Çünki buna, sadəcə, gücləri çatmayacaq. Məlum maraqlar üzündən Qərb də bu pulları Əsədə verməyəcək. Buna görə də hesab edirəm ki, yaxın aylarda Suriya ətrafında daha böyük bir gərginlik başlayacaq”.
Politoloq Hikmət Hacızadənin “Unikal”la bölüşdüyü qənatə görə, “Qərbin nüvə silahı əldə etmək cəhdinə görə İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bu ölkənin daxilində və ümumən iqtisadiyyatında xoşagəlməz durum yaradıb. Mənə elə gəlir ki, İran cəmiyyəti bu sanksiyalardan çox əziyyət çəkir və artıq situasiyanın bu yöndə davam etməsini istəmir. İranda yeni prezident seçilib və hiss olunur ki yeni prezident əvvəlkinə nisbətən daha çevik diplomatik davranış nümayiş etdirir”.
Politoloqun sözlərinə görə, “Bu durum çox davam edə bilməz. İranın ən çox yaxın olduğu Rusiya da İranı bu durumdan çıxarda bilmədi və bunu edə də bilməzdi. Çünki Rusiyanın özü ciddi daxili problemlər yaşamaqdadır. Hər halda, mənə elə gəlir ki, İran gec-tez BMT-nin ekspertlərini özünün nüvə obyektlərinə buraxmağa məcbur olacaq və onun başqa çıxış yolu da yoxdur. İran faktlar əsasında Qərbi inandıra bilsə ki, nüvə silahı əldə etmək niyyətindən əl çəkib, özünü xilas edə biləcək. Əks-təqdirdə İranı daha ciddi iqtisadi sıxıntılar gözləyir”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55