
Rəbiyyət Aslanova: “İlham Əliyev
alternativi olmayan dövlət xadimidir”
Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd olan ölkə Prezidenti İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Balakən rayonunda da uğurla davam edir. Balakən rayonunu parlamentdə təmsil edən hakim partiyadan olan millət vəkili, professor Rəbiyyət Aslanovanın da qatıldığı tədbirlərdə rayon seçiciləri 9 oktyabr seçkilərində hamılıqla YAP-ın namizədi İ.Əliyevə dəstək verəcəklərini ifadə ediblər.
Qeyd edək ki, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilən gündən YAP-ın namizədinin dəstəklənməsi ilə bağlı Balakəndə çoxsaylı görüşlərə qatılan millət vəkili ayın 20-də rayonun Kortala (Püştütala) və Katex kəndlərində keçirilən tədbirlərdə iştirak edib.
R.Aslanova sözügedən tədbirlərdə seçkilərlə, YAP-ın prezidentliyə rəsmi namizədi ilə, ölkə Prezidentinin son on illik hakimiyyəti dövründə görülən işlərlə ilə bağlı fikirlərini açıqlayıb. Millət vəkili çıxışlarında YAP-ın namizədini alternativsiz siyasi və dövlət kimi xarakterizə edib. Sonra-ayın 21-də YAP-ın Balakən rayon təşkilatının Qadınlar Birliyinin aktivləri ilə keçirilən görüşə qatılan millət vəkili sentyabrın 23-də Mazıncay kəndinin sakinləri, 24-də isə Balakən ağsaqqalları və ziyalıları ilə görüşlərə qatılıb. Adıçəkilən görüşlərdə millət vəkili bir daha seçkilərlə bağlı mövqeyini açıqlayaraq, balakənliləri yenidən YAP-ın namizədinə səs verməyə çağırıb. “Bizim seçimimiz yalnız İlham Əliyevdir”-deyə, millət vəkili sözlərinə əlavə edib. Hər üç tədbirə qatılan iştirakçılar da millət vəkilinin mövqeyini müsbət və razılıqla qarşılayaraq, seçkilərdə seçimlərinin yalnız İ.Əliyev olacağını ifadə ediblər.