Azərbaycanın pulları Türkiyəyə və digər xarici ölkələrə niyə axır?
13:29 03-11-2013
CƏMİYYƏT
Azərbaycanın pulları Türkiyəyə və digər xarici ölkələrə niyə axır?
Ölkədə kifayət qədər sosial-iqtisadi problemlərin yaşandığı bir zamanda bu qədər sərmayənin ölkədən çıxardılıb xaricdə işlədilməsi nə dərəcədə məqsədyönlüdür?
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun APA TV-yə müsahibəssində bildirib ki, "Azərbaycanın "Petkim"də, "Star Rafinery"də, elektrik stansiyası kimi layihədə kapital qoyuluşu var. Daha sonra TANAP layihəsi gəlir, önəmli yatırımlardan birini o təşkil edir. Bunlara zaman içərisində gerçəkləşəcək sərmayə qoyuluşlarıdır. Söhbət Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulacaq 17-18 milyard dollarlıq sərmayə portfelindən gedir. Bu çox önəmli bir rəqəmdir. Həm də bizi sevindirir, çünki Azərbaycan iqtisadiyyatının gəldiyi səviyyəni ortaya qoyur. Daşınmaz əmlakla bağlı Azərbaycandan Türkiyəyə artan maraq var. Bu baxımdan həm fərdi şəkildə, həm də dövlət səviyyəsində bu sahədə də önəmli kapital qoyuluşlarının olacağını təxmin edirəm".
Hazırda ölkədə kifayət qədər sosial-iqtisadi problemlərin yaşandığı bir zamanda bu qədər sərmayənin ölkədən çıxardılıb xaricdə işlədilməsi nə dərəcədə məqsədyönlüdür? Bu suala cavab almaq məqsədilə ekspertlərə üz tutduq.
İqtisadçı ekspert Rövşən Ağayevin "Unikal"a söylədiyinə görə, "Ötən onilliklərdə Türkiyə iqtisadiyyatında gözədəyən sıxıntılar yaşanırdı. Ərdoöğan hökuməti bu problemi həll edə bildi və hazırda Tükiyədə ciddi sosial-iqtisadi yüksəliş hiss olunur. Qeyd eetməliyəm ki, Ərdoğan hökuməti qarşısına çox önəmli bir vəzifə qoyub: 2023-cü ilə qədər Türkiyə iqtisadiyyatını dünyanın 15 öncül iqtisadiyyatının sırasına çıxartmaq. Bu böyük vəzifəni həyata keçirtmək üçün qardaş ölkədə iş adamlarına hər cür şərait yardılıb və dövlət strukturlarının, hökumət məmurlarının biznesə müdaxiləsi sıfır həddinə endirilib. Yəni Tükiyədə azad biznes və yeni iş sahələrinin açılması üçün son dərəcə münbit şərait yaradılıb. Kapitalın da önəmli özəlliyi ondadır ki, o, sərbnəst və təhlükəsiz mühiti sevir. Buna görə də təkcə Azərbaycandan deyil, bir sıra ölkələrdən iş adamlarının Türkiyə iqtisadiyyatına məmnuniyyətlə sərmayə qoyması başa düşüləndir".
Ekspertin sözlərinə görə, "Azərbaycana gəldikdə isə, ölkə fəaliyyət göstərən iş adamlarının ölkə iqtisadiyyatına yatırdığı kapital heç on milyard dollara da çatmır. Bu fakt ondan xəbər verir ki, Azərbaycan azad və qanuni kapital üçün riskli bir ölkəyə çevrilib. Hazırda ölkədə fəaliyyət göstərn iş adamlarının əksəriyyəti bu və ya digər formada hökumətə, dövlətin irirütbəli məmurlarına yaxınlığı olan adamlardır və onlar bu yaxınlığın sayəsində ölkədə azdan-çoxdan iş görə bilirlər. Digər xoşagəlməz vəziyyət bundan ibarətdir ki, bu irirütbəlin məımurların özləri də hansı üsullarlasa əldə etdikləri kapitaklın sabahından arxayın deyillər və paralarını xarici ölkələrə çıxartmağa daha çox maraq göstərirlər. Dövlət səviyyəsində inhisarçılığa və korrupsiyaya qarşı mübarizə aparılsa da, halal yolla para qazanmış iş adamalrının əksəriyyəti Azərbaycanı tərk ediblər. Onların çoxu hazırda Türkiyədə iş görməklə məşğuldur. Məhz bu səbəbdəndir ki, azad kapital Azərbaycanda duruş gətirə bilmir".
Keçmiş YAP-çı millət vəkili, tanınmış iqtisadşı Əli Əlirzayevin "Unikal"a söylədiyinə görə, "Sərmayə diqtə altında işləməyi xoşlamır. Dediyiniz faktdan elə başa düşmək olur ki, Türkiyəyə yatırılan sərmayələr Azərbaycan dövlətinə məxsus deyil, iş adamlarının kapitalıdır. Bu da təbiidir. Çünki sərmayə azad və risksiz mühiti üstün tutur. Etiraf etmək lazımdır ki, qardaş Türkiyədə bu baxımdan imkanlar daha əlverişlidir".
İqtisadçının sözlərinə görə, "Əldə sərmayənin olması hələ mühüm şərt deyil. Sərmayənin sərf edildiyi əmtəənin satılması, alıcısının tapılması daha önəmlidir. Azərbaycan inşaatçıları Rusiyada binalar tikməyə üstünlük verirlər. Çünki Rusiyada mənzilə böyük tələbat var və mənzil bazarının imkanları olduqca genişdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iş adamlarını hansıa ölkəyə sərmayə qoymağa məcbur etmək olmaz".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10