907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlətimizin başçısı bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.
"Sizə təşəkkür edirəm ki, illər öncə Azərbaycana tətbiq edilən 907-ci düzəliş bu gün ləğv olundu. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşında həkk olunacaq. Bu Azərbaycan üçün böyük nailiyyətdir", - deyə dövlət başçısı qeyd edib.