600 manatlıq yaşayış minimumu: azdır, ya çox?
12:55 05-11-2013
CƏMİYYƏT
600 manatlıq yaşayış minimumu: azdır, ya çox?
Nazir müavini və ekspertlər bu barədə qismən həmrəydirlər
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, “Azərbaycanda mütləq yoxsulluğun aradan qaldırılması üçün dövlət 2008-2015-ci ili əhatə edən yoxsulluğun azad edilməsi çərçivəsində müəyyən işlər həyata keçirir. Hökumətin yaxın gələcəkdə əsas hədəfi ehtiyac meyarını yaşayış meyarına çatdırmaqdır.
Ehtiyac meyarı yaşayış minimumu ilə eyniləşdirildikdən sonra ümumiyyətlə bu prinsiplərin meyarlarına yenidən baxılacaq. Amerika və Avropadakı kimi nisbi yoxsulluq prinsipləri üzərində yanaşmalara keçiləcək. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda bir ailəni təxminən 4 nəfər təşkil edir. Belə olan halda Azərbaycan ailəsində yaşayış minimumu 600 manata yaxın pul edir ki, bu da bir ailənin minimal tələbatını ödəmək üçün yetər. Amma ölkədə orta aylıq əməkhaqqının 414 manat olduğunu nəzərə alsaq, bu, yaşayış minimumdan aşağı göstərici sayılmalıdır”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun “Unikal”a söylədiyinə görə, “Beynəlxalq standartlara görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqının yarısı qədər olmalıdır. Minimum əməkhaqları və əmək pensiyalarının baza hissəsinin artırılması dolayı yolla bazar qiymətlərinə təsir göstərir. Amma bu gün bəzi tərəvəz məhsullarının, o cümlədən tərəvəz-bostan məhsullarının bahalaşmasının başlıca səbəbi heç də minimum əməkhaqları, penisyaların minimal bazasının qaldırılması deyil”.
İqtisadçı alimin sözlərinə görə, “Maaşların son artımı birbaşa aşağı əməkhaqqı alanlara deyil, eyni zamanda təhsil sektorunda çalışan, ümumiyyətlə ödənişi tarif cədvəli ilə həyata keçirilən vətəndaşların alacağı əməkhaqlarına da təsirini göstərir. Cüzi də olsa, dəyişiklik olacaq. Bizim hesablamalarımız göstərir ki, minimum əməkhaqqı və pensiya kifayət deyil. Bu gün minimum əməkhaqqı səviyyəsi minimum istehlak büdcəsi səviyyəsində olmalıdır. Minimum istehlak büdcəsi səbətinə daxil olan həm məhsulların xüsusi çəkisi, həm də məhsulların çeşidi ilə bağlı müqayisə aparsaq, görərik ki, o, beynəlxalq tələblərə uyğun gəlmir”.
İqtisadçı ekspert Rövşən Ağayevin “Unikal”a dediyinə görə, “Azərbaycanda yaşayış minimumu düzgün hesablanmır. Yaşayış minimumu haqqında” qanun, eyni zamanda minimum istehlak səbəti deyilən bir anlayış var. Yaşayış minimumu 3 istehlak səbətindən təşkil olunur. Buraya ərzaq, qeyri-ərzaq və xidmət səbətləri daxildir. Azərbaycan hökuməti, rəsmi şəxslər həmin səbətləri hesablayarkən normativləri düz götürməyiblər. Ərzaq səbətinə ət və ət məhsulları, süd məhsulları, meyvə-tərəvəz daxildir. Mən müqayisə aparmışam, ərzaq səbətinin normalarına görə Azərbaycan MDB ölkələrindən geridə qalır. Yəni birinci səhv odur ki, normalar düzgün hesablanmayıb. İkinci səhv isə odur ki, normalar hesablanarkən real bazar qiymətləri nəzərə alınmayıb. Bizim hesablamalarımıza görə, indiki situasiyada Azərbaycanda yaşayış minimumu ən azı 100 manat təyin edilməlidir”. Ekspertin fikrincə, ölkədə yaşayış minimumunun dəyəri regionlar üzrə müxtəlifdir. Məsələn, bu gün Bakıda yaşayış minimumunun dəyəri 110-115 manata çatır: “Təəssüf ki, rəsmi şəxslər hesablama apararkən rəqəmlərə düzgün yanaşmırlar. Müstəqil ekspertlərin obyektiv hesablamalarını isə şübhə ilə qarşılayırlar. Əgər mənim qeyd etdiyim rəqəmlərə kiminsə inamı yoxdursa, ona hesablamalarımızın həqiqi olduğunu sübut etməyə hazıram”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10