Azay Quliyev: "Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ona qarşı hərbi əməliyyata başlamağa əsas vermir"
12:57 05-11-2013
CƏMİYYƏT
Azay Quliyev: "Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ona qarşı
hərbi əməliyyata başlamağa əsas vermir"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız üzv olan ölkələrin ərazisinə hücum olunacağı təqdirdə kollektiv müdafiəni nəzərdə tutur.
Bu barədə millət vəkili Azay Quliyev RF SQ-nin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin bəyanatına münasibət bildirərkən deyib.
A.Quliyev qeyd edib ki, bu baxımdan, rus polkovnikin bəyanatının heç bir hüquqi əsası yoxdur: "Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın tarixi, hüquqi torpağıdır, bütün dünya, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmış əraziləridir. Heç bir halda bu torpaqlar Ermənistan ərazisi sayılmır və heç bir halda Azərbaycan Ermənistana hücum etməyi planlaşdırmır ki, bununla bağlı KTMT-nin şərtləri işə düşsün".
Millət vəkili deyib ki, Azərbaycan öz ərazilərini azad etməyə başlasa, bunu müharibə yox, ərazilərin işğaldan azad edilməsi ilə bağlı əməliyyat adlandırmaq olar: "Ancaq bunun necə adlandırılmasından asılı olmayaraq, Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququna malikdir və bu, hər hansı bir dövlətin müdaxiləsinə və hər hansı bir formada kənardan hərbi blokun Azərbaycana qarşı hərbi əməliyyata başlamasına əsas vermir".
A.Quliyev bildirib ki, bu, məsələnin hüquqi tərəfidir, yəni burada rus polkovnikin yanaşması çox yanlışdır: "O ki qaldı bunun praktiki tərəfinə, əlbəttə, Azərbaycan ordu quruculuğunda böyük uğurlar əldə edib, bu gün Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycanın orduya ayırdığı vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur və bu, təbii ki, Ermənistanı və onun havadarlarını qıcıqlandırmaya bilməz. Xüsusilə Prezident İlham Əliyevin qəbul etdiyi qərar, yəni Müdafiə Nazirliyinin rəhbərliyində etdiyi dəyişiklik, görünür, erməniləri bir az da narahat etməyə başlayıb və həmin polkovnik öz sözünü yox, ermənilərin sözünü çatdırmağa çalışıb. Mən heç də şübhə etmərəm ki, bu, ermənilərin təzyiqi və yaxud da xahişi, minnəti ilə baş tutub".
A.Quliyevin fikrincə, heç bir halda Rusiya məhz belə bir məqamda Azərbaycanın əleyhinə qüvvə tətbiq etməz: "Digər bir tərəfdən KTMT-nin üzvləri arasında Qazaxıstan, Belarus və digər ölkələr də var və onlar heç bir halda kifayət qədər dost münasibətləri olan Azərbaycana qarşı hər hansı bir qərarın qəbul olunmasına imkan verməzlər. Bu, yalnız Ermənistan auditoriyasını sakitləşdirmək üçün verilmiş bir bəyanatdır və bunun da hər hansı ciddi mənası və ya təsiri yoxdur".
Qeyd edək ki, RF SQ-nin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinski bəyan edib ki, Dağlıq Qarabağda müharibə başlayacağı tədqirdə KTMT razılaşmasına uyğun olaraq, Rusiyanın Ermənistanda olan hərbi bazaları əməliyyata müdaxilə edəcək.
Alı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10