Heydər Əsədov Dövlət Baytarlıq Xidmətinin rəisini də dəyişəcək
11:09 06-11-2013
CƏMİYYƏT
Heydər Əsədov Dövlət Baytarlıq Xidmətinin rəisini də dəyişəcək
Sialə Rüstəmovun adı da “vurulacaq” kadrların siyahısına düşdü
Yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi qurumda kadr islahatları davam edəcək. Bu barədə redaksiyamıza adıçəkilən nazirliyə yaxın qaynaqlardan bildirilib.
Xatırladaq ki, artıq kənd təsərrüfatı nazirinin iki müavini vəzifəsindən azad edilib. Bunlar Aslan Aslanov və Bəhram Əliyevdir.
Qarşıdakı günlərdə nazirlikdə hansı kadrların “vurulacağına” dair isə iddialar xeyli intensivləşib. Məsələn, belə iddiaların bəzilərinə görə, nazirliyin tərkibindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ictimai rəydə hədsiz korrupsiyalaşmış qurum obrazı yaratması və bunda səhmdar cəmiyyət sədri Əli Bayramovun “misilsiz xidmətlərinin” olması yeni kənd təsərrüfatı nazirinin “Aqrolizinq”in indiki rəhbərini də işdən kənarlaşdıracağı qənaətini qətiləşdirir.
Bundan başqa, nazirliyin İqtisadiyyat və maliyyə şöbəsinin müdir Rafiq Məcidovun, İnvestisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Rəşid Abbasovun, heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun, ərzaq məhsullarının keyfiyyəti. standartlar və lisenziya şöbəsinin müdiri Xəlil Ələkbərovun da görəvlərindən kənarlaşdırılacağına dair söz söhbətlər dolaşır.
Dünənsə nazirliyin tərkibindəki Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın da işindən kənarlaşdırılacaq kadrların siyahısına düşdüyü bildirildi. İddialara görə, Heydər Əsədov nazir təyinatından sonra adıçəkilən xidmətin fəaliyyəti ilə bağlı ilkin bilgilər əldə edib və bu qurumun yeni nəfəsə ehtiyacı olduğu qərarına gəlib. Beləliklə də, qarşıdakı günlərdə Dövlət Baytarlıq Xidmətinin hazırki rəisi işindən uzaqlaşdırılsa və bu quruma yeni rəis təyin edilsə, heç kim təəccüblənməməlidir.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti uzun müddətdir KİV-də tənqid edilir. Bir qədər əvvəl isə mətbuat yazdı ki, adıçəkilən qurumun 2013-cü il üzrə illik büdcəsi 18,4 milyon manat müəyyənləşib. Bundan başqa, 2005-2012-ci illərdə bu quruma 16,6 milyon manat dövlət investisiyası yatırılıb. Amma həmin pulların xərclənməsində şəffaflıq demək olar ki, yoxdur. Mətbuat qeyd edir ki, Dövlət Baytarlıq Xidməti indi daha çox ət dükanlarından xərac yığmaqla məşğuldur: ona görə də yeni kənd təsərrüfatı nazirinin adıçəkilən qurumun bu cür obrazını dəyişdirmək üçün kadr islahatlarına getməsi tamamilə gözləniləndir.
Qalib Qabiloğlu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10