Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin ali təhsil müəssisələrinin tələbələri arasında keçirdiyi futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə yekun vurulub.
"Unikal" xəbər verir ki, final mərhələdə Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qarşılaşıb. Yarış ASA-nın 6:0 qələbəsi ilə başa çatıb. Bununla da ASA-nın komandası Universitetlərarası III Futzal üzrə Tələbə Liqası yarışında çempion olaraq Avropa liqasında Azərbaycanı təmsil edəcək.

























.jpeg)














.jpg)









