Azərbaycan vətəndaşı Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

"Unikal" apa-ya istinadən xəbər veri ki, Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Niyaz oğlu Abdullayev Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat edib.

Həmyerlimizin nəşi doğulduğu Ucar rayonuna gətirilərək dəfn olunub.

Faktla bağlı əlavə məlumat verilməyib.