2025-ci ildə dövlət büdcəsindən Qarabağ Universitetinə 17 milyon manat məbləğində vəsait ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, ötən il "Azərbaycan-Türkiyə birgə Universiteti"nin fəaliyyətinin təmin edilməsi üçün isə büdcədən 3,7 milyon manat ayrılıb.