Dünya okeanı planeti təhdid edir: suyun səviyyəsi qalxıb
14:10 15-11-2013
CƏMİYYƏT
Dünya okeanı planeti təhdid edir: suyun səviyyəsi qalxıb
Suyun səviyyəsinin qalxması sahilyanı rayonların əhalisinə əlavə təhlükə yaradır
Dünya Meteorologiya Təşkilatı (DMT) 2013-cü ilin martında dünya okeanında suyun səviyyəsinin müşahidələr tarixində ən yüksək həddə olduğuna dair hesabat dərc edib. “İnterfaks”-ın məlumatına görə, qurumun başçısı Mişel Jarro bildirib : “Ayrı- ayrı tropik siklonlar iqlim dəyişməsinin nəticəsi olmasa da, dünya okeanında suyun səviyyəsinin qalxması sahilyanı rayonların əhalisinə əlavə təhlükə yaradır. Bunun ən bariz örnəyi Filippində baş verən faciədir”.
DMT-nin məlumatına əsasən, hazırda dünya okeanında suyun səviyyəsi 20-ci yüz ilin orta göstəricisindən 3,2 millimetr artıqdır.
Qurumun hesabatında o da vurğulanıb ki, 1850-ci ildən bəri 2013-cü ilin ilk 9 ayında havalar ən isti keçib.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin “Unikal”a bildirdiyinə görə, “Dünya ekoloqları uzun zamandır ki, qlobal istiləşmə və onun doğuracağı fəsadlar barədə həyəcan təbili çalırlar. Hətta 60 ildə havanın 1 dərəcə istiləşməsi buzlaqların əriməsinə gətib çıxarda bilər. Buzlaqlar əriyəndə isə okeanların səviyyəsi qalxacaq və quru sahənin xeyli hissəsi su altında qalacaq. Dünya okeanının səviyyəsi qalxarsa, Birləşmiş Ştatların qərb sahillərində, Avrasiya materikində müəyyən ərazilər suyun altında qala bilər. Bu da ehtimal edilir ki, planetdəki bataqlıqların ərazisi böyüyə bilər. Bataqlıqların xeyli hissəsi isə Rusiyanın ərazisində yerləşir. Bu bataqlıqlar da don vəziyyətdədir və havanın cüzi istiləşməsi bu bataqlıqların aktivləşməsinə səbəb olacaq. Buna görə də dünya okeanı səviyyəsinin qalxması çox ciddi bir problemdir. Ekoloqlar buzlaqların əriməsini temperaturun yüksəlməsi ilə, temperaturun qalxmasını isə karbohidrogenlərin çox yandırılması ilə izah edirlər. Bu yandırma prosesi istixana effektinə gətirib çıxardır ki, bu da havanın istiləşməsinə səbəb olur”.
Güləliyevin dediyinə görə, “Dünya ekoloqları, yaşıllar, yaşıllarla əlaqəsi olan QHT-lər qlobal istiləşməni önləmək üçün belə bir ideya irəli sürürlər ki, yeganə yol bir neçə onilliklər ərzində karbohidrogen ehtiyatlarından az istifadə etməkdir. Hazırda planetdə ildə 80 min ton neft işlədilir. Bu isə bir gündə 80 milyon barrel neft deməkdir. Bu sərfiyyat həm planetdə əhalinin artımı, həm də istehlakın çoxalması ilə bağlıdır. Bu rəqəm yaxın otuz ildə 110 barrelə çata bilər, yəni təqribən, 20% arta bilər. Neft istehlakının 20-25% artması istixana effektini daha da gücləndirəcək. Belə olan halda planetdə temperatur 2 dərəcəyədək arta bilər. Beləliklə, buzlaqların əriməsi daha da sürətlənəcək. Bu isə okean sahilindəki dövlətlərə milyardlarla vəsait həcmində iqtisadi ziyanın dəyməsi deməkdir. İstər-istəməz həmin ərazilərdən əhali köçürüləcək. Yəni çox böyük bir humanitar fəlakət zonası yarana bilər. Bu fəlakətin qarşısını almağın yeganə üsulu yaşılların təklif eydiyi beş addımın gerçəkləşdirilməsidir. Bu da ondan ibarətdir ki, planetdə mümkün qədər neft istehlakı azaldılmalıdır. Heç olmasa, yaxın 10-15 ildə 20 %. Bunu etmək mümkündür. Planetdəki indiki həyat səviyyəsini, rifah səviyyəsini saxlamaq üçün bunu etmək olar. Bunu eləmək isə çətin deyil. Ayrılıqda götürülmüş hər bir vətəndaş özünün aylıq neft və qaz istehlakını 20% azalda bilər. Mən bunu öz həyat təcrübəmdə bir neçə dəfə sınaqdan keçirtmişəm. İmkan daxilində yaxın məsafələrə avtobusla deyil, piyada getmişəm. İndiyədək mənim evimdə qaz sobasından istifadə edilmir. Bunu hər kəs edə bilər və dövlət də etməlidir”.
Partiya sədrinin dediyinə görə, “Alternativ enerji mənbələrindən istifadəni də 20%-ə qaldırmaq lazımdır. Azərbaycanda bu baxımdan zəngin qaynaqlar mövcuddur. Hazırda bütün dünya üzrə alternativ enerji mənbələrinin cəmi on bir faizindən istifadə edilir və bu rəqəmi 20%-ə qaldırmaq mümkündür”.
Güləliyev hesab edir ki, “Planetdə havaların istiləşməsinin mühüm səbəblərindən biri də ətraf mühitə atılan tullantıların artmasıdır. Dünya dövlətləri bu ziyanın qarşısını almaq üçün “Kioto protokolu”nu imzalayıblar. Amma təəssüflər olsun ki, bir sıra aparıcı dövlətlər, xüsusən də Birləşmiş Ştatlar bu protokolu imzalamaqdan imtina edir. Təsəvvür edin ki, planetdə sərf edilən gündəlik neftin 25%-i məhz bu dövlətin payına düşür”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10