İsmət Abbasovun keçmiş müavini vəzifə gözləyir
14:21 15-11-2013
CƏMİYYƏT
İsmət Abbasovun keçmiş müavini vəzifə gözləyir
Aslan Aslanovun açıqlamalarında ilginc məqa
m
Bu günlərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Aslan Aslanov son günlər mətbuatda barəsində yayılan informasiyalara münasibət bildirib. Sabiq nazir müavini ölkədən qaçdığı barədə iddiaları yalanlayıb, “Ölkə rəhbərliyinin mənə qarşı həmişə yüksək diqqəti olub. Məsləhət olub vəzifəmdən azad olunmuşam. Bu isə cəmi bir neçə gündür baş verib. Hazırda evimdə oturub istirahət edirəm. Mən həm də YAP-ın Siyasi Şurasının üzvüyəm” deyib.
İsmət Abbasovun keçmiş müavini həmçinin “Bütün mediadan xahişim odur ki, nə yazırlar yazsınlar, məni ləkələməyə cəhd etməsinlər. Onsuz da bu cür böhtanlar mənə yapışmaz. Mənə qarşı bu cür addımlar, təzyiqlər çox olub. Heç nə məni yolumdan döndərə bilməz. Oğlumu da qətlə yetiriblər, həyatıma isə 3 dəfə sui-qəsd edərək 29 güllə vurublar, lakin mən bu gün də Aslan Aslanov olaraq qalıram” deyib.
Amma onun açıqlamalarında ən diqqətçəkən məqam başqadır. Belə ki, kənd təsərrüfatı nazirinin sabiq müavini yenidən təyinat almağa ümid bəslədiyini gizlətməyib. Sitat: “Yaxın günlərdə ölkə rəhbərliyi hansı vəzifəni mənə tapşıracaqsa, o işin qulpundan yapışıb dövlətimə xidmət edəcəyəm”.
Aslan Aslanovun dediklərindən iki qənaətə gəlmək mümkündür. Birinci, sabiq nazir müavininə hansısa yeni vəzifə vəd verilib və o, yaxın günlərdə həmin təyinatın gerçəkləşməsinə ümid edir.
İkincisi, əslində yuxarıda dedikləri sabiq nazir müavininin sadəcə, gözləntiləridir, o, bu gözləntilərini dilə gətirməklə yenidən hər hansı görəvi tutmaq istədiyinə dair yuxarı çevrələrə mesaj göndərir.
Hər bir halda Aslan Aslanovun mümkün qədər gizlətməyə çalışsa belə, vəzifədən kənarlaşdırılmasından məmnun qalmadığı və yeni posta təyinat almaq ümidi ilə yaşadığı görünür. Baxmayaraq ki, əksər ekspertlər sabiq nazir müavininin yenidən hansısa vəzifəyə irəli çəkilməsini bir o qədər real saymırlar. Hesab olunur ki, Aslan Aslanov daha çox yaxın qohum - kirvə olduğu Səfər Əbiyevə görə “vurulub”. Müdafiə Nazirliyində Əbiyevin bütün kadrlarının böyük sürətlə “vurulması”, srağagün hətta evinin artırmasının söküldüyü barədə yazılanlar, nazir olduğu dövrlə bağlı yoxlamalara start verilməsi kimi məlumatların daim dövriyyəyə buraxılması onun hökumət daxilində qəzəbə gəldiyi və məhz bu səbəbdən də postundan kənarlaşdırıldığı haqqında düşünməyə əsas yaradır.
Azərbaycan reallığı isə göstərir ki, bir qayda olaraq, bu cür “vurulan”iri məmurların yaxın ətrafları da tədricən sıradan çıxarılır. Bu mənada Əbiyevdən dərhal sonra Aslan Aslanovun kənd təsərrüfatı naziri postundan kənarlaşdırılması təəccüb doğurmadı. Təəccüblü olan uzun illər yüksək post tutaraq hökumətin məlum təcrübəsindən yaxşı məlumatlı olan keçmiş nazir müavininin yenidən post tutmaq iddiasına düşməsi, belə bir ümidə qapılmasıdır. Axı təcrübə onu göstərir ki, hansısa yüksək çinlinin güdazına gedən məmurlar sonradan heç də asanlıqla yenidən vəzifə qazana bilmirlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10