Hacı İbrahim Nehrəmli körpünün uçurulmağından danışdı
11:31 19-11-2013
CƏMİYYƏT
Hacı İbrahim Nehrəmli körpünün uçurulmağından danışdı
Layihənin rəhbəri:-“Mütəxəssislərlə məsləhətləşmələrdən sonra körpünün 10 metrini uçurub yenidən tikmək qərarı verdik”
“Khazar İslands”-da körpü-tunel inşasını həyata keçirən “Freysash” firmasının nümayəndələri Ahmet Selahiyə və Emin Ağa Yazıcı olayın detallarını anlatdılar.
Noyabrın 16-da “Khazar İslands”-da böyük bir körpünün uçması prosesi olub və bəzi mətbu orqanlarda belə fikir səsləndirildi ki, guya körpü keyfiyyətsiz tikildiyinə görə uçub. Amma “Unikal”a eksklüziv açıqlama verən layihə rəhbəri Hacı İbrahim Nehrəmli xəbərin yalan olduğunu, sadəcə, “Khazar İslands”-da inşa olunan körpülərdən birinin kiçik bir hissəsinin uçurulduğunu dedi.
Layihə rəhbərinin sözlərinə görə, körpünün uçması yayılan xəbərlərdə deyildiyi kimi qəza nəticəsində olmayıb: “İki adanı birləşdirən körpünün bir hissəsi texniki standartlara cavab vermirdi, memarlıq tələblərini pozurdu. Mütəxəssislərlə məsləhətləşmələrdən sonra körpünün 10 metrini uçurub yenidən tikmək qərarı verdik. Tikinti işləri davam edir. Yəni guya uçqun barədə xəbər yayılıbsa, biləsiniz ki, onu mən özüm törətmişəm ”.
Hacı İbrahim Nehrəmli onu da bildirdi ki, tikilən körpü memarlıq baxımından uyğunsuz olduğu üçün onun bir hissəsinin uçurdulması haqda göstəriş verib: “Buna “Freysash” firmasının rəhbərləri etiraz etdilər. Dedilər ki, uçurulmasın. Mən isə bildirdim ki, körpünün tikintisi memarlıq üslubu və həmçinin inşaat şərtlərinə uyğun deyil. Ona görə də həmin hissənin uçurdulması barədə göstəriş verdim. Mənə məlumat verilmədən layihədə dəyişiklik edilmişdi, ona görə mən buna etiraz etdim. Onu da deyim ki, körpü o qədər keyfiyyətli tikilib ki, betonu dağıtmaq mümkün deyildi. Tikintini aparan şirkətlə belə razılığa gəldik ki, ziyana şərik olaq. Ümumi ziyanı hesabladıq və hərə özünə düşən miqdarı ödəmək haqda öhdəlik götürdü və akt tərtib edildi. Bu adada biz keyfiyyətə işləyirik, pul qazanmağa yox”.
Fuad
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10