Hacıbala Abutalıbovun şübhəli susqunluğu
11:34 19-11-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbovun şübhəli susqunluğu
Bakı meri ilə şöbə müdiri arasında nə baş verib?
Mətbuatdan məlum olduğu kimi, ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin Layihələrə baxılması şöbəsinin müdiri Qafar Əhmədov vəzifəsindən azad edilib. O, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən iclas zamanı Hacıbala Abutalıbovun qəzəbinə tuş gəldiyindən yerindəcə işdən çıxarılıb.
Qafar Əhmədovun yerinə yeni təyinatın olub-olmaması ilə bağlı azvision.az saytının əməkdaşı BŞİH-lə əlaqə saxlayıb. Amma meriyanın mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova məlumat verməkdən boyun qaçırıb: "Xəbərim yoxdur, rəhbərlikdən öyrənə bilərsiniz"
Saytın əməkdaşı daha sonra məlumatı dəqiqləşdirmək üçün daha sonra Hacıbala Abutalıbovla əlaqə saxlayıb. Amma paytaxtın icra başçısı da vaxtının olmadığını əsas gətirərək bu haqda danışmaqdan imtina edib.
Xatırladaq ki, ötən həftənin sonuna doğru Bakı Şəhər İcra Hakimiyyəti qurumun Layihələrə baxılması şöbəsinin müdiri Qafar Əhmədovun vəzifəsindən azad olunması xəbəri yayılıb. Xəbərə ilk reaksiyasında meriyanın mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova bunu təsdiqləyib. O, bildirib ki, Q.Əhmədov noyabrın 14-də Hacıbala Abutalıbov tərəfindən işindən azad edilib. Bunun səbəbi haqqında isə məlumatsız olduğunu deyib: “Başqa dövlət qurumlarında da işdən azad olunanlar olur. Məgər hamısının işdən azad olunmasının səbəbi göstərilir?”.
Qeyd edək ki, BŞİH başçısı Hacıbala Abutalıbov Layihələrə baxılması şöbəsinin müdirini sözügedən tarixdə keçirdiyi iclasda azad edib. O iclasda bu əmri elan edib. Şöbə müdirinin işdən çıxarılma səbəbi haqqında dəqiq məlumat olmasa da, onun paytaxt merinin qəzəbinə tuş gəldiyi ehtimalı çox yüksəkdir.
Elə meriya rəsmilərinin, həmçinin Abutalıbovun özünün xəbərə susqun reaksiyası da bu şübhələri qüvvətləndirir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24