Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
Qeyd olunur ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Paytaxtın "Ağ Şəhər" ərazisində yanğın hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, ərazidə qalın tüstü müşahidə olunub.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Gülayə Mecid



















.jpg)
































