Rus generalı Bakıya niyə silah SATDIĞINI açıqladı: "Allah xətrinə, elə düşünməyin!"
11:56 21-11-2013
CƏMİYYƏT
Rus generalı Bakıya niyə silah SATDIĞINI açıqladı: "Allah xətrinə, elə düşünməyin!"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir postsovet ölkəsi ilə ziddiyətlərə daxil ola bilməz". KTMT-nın baş katibinin əsas köməkçisi, general-mayor Vladimir Nikişin deyib.
Nikişinin sözlərinə görə, bir tərəfdən Ermənistan KTMT üzrə müttəfiqdir, digər tərəfdən isə keçmiş SSRİ-nin başqa ölkələri ilə də əməkdaşlıq mövcuddur.
"Biz de-fakto, və hətta de-yure heç bir keçmiş sovet respublikaları ilə ziddiyətlərə daxil ola bilmərik"- deyə bu gün KTMT çərçivəsində Yerevandakı konfransda iştirak edəcək Nikişin bildirib.
"Biz Ermənistanla müqavilə əsasında müttəfiqik, lakin Azərbaycanla da heç bir düşmənçilik yaxud qarşıdurma şəraitində deyilik. Prinsip etibarilə onlar bizim tərəfdaşımızdır və Sovet İttifaqının keçmiş müttəfiq respublikalarından biridir. Ona görə də, müəyyən əlaqələr, o cümlədən Azərbaycanın xahişi ilə, onun xarici təhlükələrdən qorunması üçün bizim lazımi müdafiə tədbirlərinin görmək sahəsində və digər sahələrdə əməkdaşlıq prinsip etibarilə ola bilər. Bu Ermənistana qarşı deyil, Allah elməsin" deyən Nikişin əlavə edib ki, "bir məsələni anlamaq lazımdır ki, əgər Azərbaycana bu gün lazım olan müdafiə silahları verilməzsə, onda bölgəyə lazım olan hərbi texnika Türkiyə vasitəsilə Qərbdən veriləcək. Qərbi Avropadan nəinki, texnika həm də, instruktorlar da göndəriləcək. Bundan əlavə, biz hazırki dövlətlərlə əlaqədə olsaq ,onda siyasi dəyişikliklərə effektiv və dinc yolla təsir göstərə də bilərik"-deyə KTMT baş katibinin əsas köməkçisi qeyd edib.
General-mayor daha sonra əlavə edib: "KTMT-nin və Rusiyanın əsas məqsədi bizim əsrin ən böyük faciəsinin - Sovet İttifaqının dağılmasından sonra yaranan Qarabağ münaqişəsini həll etməkdir".
Nikişinin sözlərinə görə, bu gün "ən yüksək səviyyədə" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi element kimi yeni yaradılan Avrasiya İttifaqına inteqrasiya olunması da müzakirə olunub.
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00