Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib
*** 19:18
Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
Onlar arasında azyaşlılar da var.
İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır:
Nuriyə Rüstəmova (1962)
Amin Teymurlu (1986)
İ. Məmmədov (2017)
Z. Hüseynova (2015)
U. İsyaev (2020)
Bənövşə Əliyeva (1963)
Sevil Hüseynova (1987)
Mahirə İsmayılova (1983)





.jpg)



















































