Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Riqanın Latviya mediasında rus dilinin qadağan edilməsi istəyini qınayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. 

"Burada yeganə reaksiya qınamaq ola bilər. Bunu qınamamaq mümkün deyil, çünki ölkə sakinlərinin çox sayda hüquqları rədd edilir", - deyə o bildirib.

Peskov həmçinin əlavə edib ki, Latviya hakimiyyəti uzun müddətdir ki, rus və rusdilli hər şeyə nifrət nümayiş etdirir. Daha əvvəl Latviyanın mədəniyyət naziri Nauris Puntulis  yerli mediada rusdilli məzmunun qadağan ediləcəyini açıqlamışdı.