Bircə bu çatmırdı: hətta Allahın Bərzanisi dəAzərbaycana qarşı ərazi iddiası ilə çıxış edir
12:34 22-11-2013
CƏMİYYƏT
Bircə bu çatmırdı: hətta Allahın Bərzanisi dəAzərbaycana qarşı ərazi iddiası ilə çıxış edir
Amma hadisələr Qərb dairələrinin nəzərdə tutduğu ssenari üzrə inkişaf eləmir
Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini "Böyük Kürdüstan" xəritəsinə salıb. Kürdüstan Demokratik Partiyasının rəsmi facebook səhifəsində yayılan xəritədə bütün Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycanın bir sıra şəhərləri, azərbaycanlılar yaşayan Bicar, Gürvə, Sonqur şəhərləri, Həmədan əyaləti, Naxçıvan və bir sıra başqa şəhərlər daxil edilib.
Həmçinin iraqlı soydaşlarımızın yaşadığı Kərkük vilayəti, Türkiyənin böyük hissəsi və başqa ərazilər də xəritəyə daxil edilib. Xəritə 500 min kvadrat kilometr ərazini əhatə edir və hazırda həmin bölgədə 55 milyon əhali yaşayır. Sadəcə xəritəyə daxil olan əzəli Azərbaycan şəhərlərində milyonlarla azərbaycanlı yaşayır. Belə xəyali Kürdüstan təşkil edildiyi halda 25 milyon türk, ərəb, aysor, erməni, kəldani və başqa millətlər öz ərazilərindən didərgin düşməli olacaq.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a verdiyi açıqlamaya görə, "Bərzaninin tərtib etdiyi "Böyük Kürdüstan xəritəsi" onun təfəkkürünün məhsulu deyil. On-on beş il bundan əvvəl bəzi Qərb dairələri ortalığa "Böyük Orta Şərq" adlı bir proje atmışdılar. Həmin projeyə görə, Yaxın və Orta Şərqdəki dövlətlərin hamısının, o cümlədən Türkiyənin, İranın və Azərbaycanın siyasi xəritəsində dəyişikliklər edilməliydi. Bu dəyişikliklərdən sonra ortalığa çıxacaq nəticələrdən biri də Kürdüstan dövləti olmalı idi. Amma qeyd edilən ərazilərdə son illərdə gedən proseslərin sərtliyi və real nəticələr onu sübut etdi ki, hadisələr Qərb dairələrinin nəzərdə tutduğu ssenari üzrə inkişaf eləmədi. Yalnız İraq-Amerika müharibəsindən sonra kürdlər İraqın şimalında muxtariyyət əldə edə biliblər, lakin bu muxtariyyətin taleyinin necə olacağını gələcək göstərəcək. Suriyadakı proseslər qızışarkən kürdlərin iştahası daha da artdı və oradan da ərazi qoparmaq xəyalına düşdülər. Amma bu məqamda da tarix başqa bir inkişaf yolu seçdi".
Akif Nağı hesab edir ki, "Son iyirmi ildə həm Azərbaycanın daxilində, həm də xaricdə müəyyən qüvvələr kürdlərlə bizim aramızda nifaq yaratmağa cəhdlər göstəriblər. Bununla belə, bu fitnəkar niyyət baş tutmayıb. Dağlıq Qarabağ müharibəsində yüzlərlə kürd vətəndaşımız mərdliklə düşmənimizə qarşı vuruşub və şəhidlər veriblər. Tarixən Azərbaycan türkləri ilə kürdlər arasında heç bir zəmində nifaq olmayıb və inşallah, bundan sonra da olmayacaq, Bərzaninin böyüklük xülyası da elə onun şirin yuxusu olaraq qalacaq".
Politoloq Həsən Əliyevin "Unikal"a dediyinə görə, "Türkiyəli analitiklər Suriyanın şimalında baş verənlərə vaxtilə ABŞ-ın beyin mərkəzlərinin hazırladığı, indiki və keçmiş administrasiyaların siyasətinin əsasını təşkil edən "Böyük Yaxın Şərq" projesi çərçivəsində baxmaqdadır. Bu plana əsasən bölgədə İraq, Suriya, Türkiyə və İran əraziləri hesabına müstəqil kürd dövlətinin yaradılması də nəzərdə tutulur. "Kürd dövləti"nin ABŞ kəşfiyyatına və Pentaqona bağlı strukturlar tərəfindən çəkilən xəritələrində Azərbaycan ərazilərinin bir hissəsinin də "Kürdüstan"ın tərkibində göstərildiyi məlumdur".
Politoloqun dediyinə görə, "Əsəd bilərəkdən ölkənin şimalında nəzarəti kürdlərə buraxıb və bununla da Türkiyədən qisas almağa çalışır. Maraqlıdır ki, Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdid təşkil edən bu hadisə barədə ilk dəfə mətbuat xəbər yayıb. Daha sonra bölgədə olan türk jurnalistləri Suriyanın şimalındakı "kürd dövləti"ni dəstəkləmək üçün İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə bağlı minlərlə peşmərgənin heç bir müqavimətə rast gəlməyərək bu ölkə sərhədlərini necə keçdiyinə dair görüntüləri yayımlayıb. Bərzani tərəfindən Suriyanın şimalında kürdlərin nəzarətinə keçən bölgələrdə hakimiyyət səlahiyyətlərini ələ alan "Ali Kürd Şurası" qurulub. Buna görə də Bərzani sözügedən ideyanı ortalığa atıb".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33