Səməd Seyidov: “Bu seçkilər mənim ölkəmin tarixində ən açıq və şəffaf seçkilər idi
13:25 23-11-2013
CƏMİYYƏT
Səməd Seyidov: “Bu seçkilər mənim ölkəmin tarixində ən açıq və şəffaf seçkilər idi
“Burada məni təəccübləndirən o oldu ki, həmkarlarımın bəziləri heç Azərbaycandakı seçkilərdə iştirak etməyiblər, amma bu haqda ağızdolusu danışırlar”
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA-nın Daimi Komitəsinin Vyanada keçirilən toplantısında çıxışında deyib.
S.Seyidov bildirib ki, həmin deputatlar öz çıxışlarında seçkilər ərzində baş verən və öz təsdiqini tapmamış bir-iki faktı, bəzi xırda nöqsan və çatışmazlıqları Azərbaycandakı seçkiləri xarakterizə edən ümumi tendensiya kimi göstərirlər: “Bu heç də belə deyil, əziz həmkarlarım. Bu seçkilər mənim ölkəmin tarixində ən açıq və şəffaf seçkilər idi və bunu təsdiqləyən faktlar da daha çoxdur. Bütün seçki məntəqələri bütün beynəlxalq müşahidəçilər üçün açıq idi. Bundan başqa, müşahidəçilərin seçkilərin sonunda səslərin sayılmasında da iştirakları təmin olunmuşdu. Avropa Şurasının bir çox üzv ölkələrində belə şey heç baş vermir. Biz videokonfranslar təşkil etmişdik, bütün məntəqələrdən internet vasitəsilə yayınlamalar olurdu. Bir çox ölkə və təşkilatlardan minlərlə müşahidəçi bu seçkiləri izləyirdi və onlardan çoxu müsbət qiymətləndirmələrlə çıxış etmişdilər. Yalnız bir təşkilat, daha doğrusu, təşkilatın bir hissəsi, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu çox mənfi mövqedə dayandı”.
S.Seyidov qeyd edib ki, Avropanın üç mötəbər təşkilatı - Avropa Parlamenti, AŞPA və ATƏT-in Parlament Assambleyası birgə bəyanatlarında öz ümumi fikirlərini ifadə ediblər: “Avropa İttifaqı heç vaxt öz bəyanatından imtina etməyib və yalnız Avropa Parlamentinin Yaşıllar Partiyasının bir neçə üzvü öz düzəlişlərini təklif etmişdilər. Bu gün Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda müsbət hadisələri müşahidə etməklə mənfi məqamları da xatırladır və biz bunları da qəbul edirik. Məsələn, bugünkü hesabatımızda da kifayət qədər tənqidi məqamlar mövcuddur. Azərbaycan hər zaman dialoqa və əməkdaşlığa hazırdır və əlimizdən gələni etməyə hazırıq ki, ölkəmizdə vəziyyət daha da yaxşılaşmaya doğru getsin. Hesab edirəm ki, əhalisinin 95%-i müsəlman olan Azərbaycan belə məsələlərdə digər ölkələrə də örnək olmalıdır. Biz Avropa Şurasının tam hüquqlu üzvü olduq, bir çox Avropa təşkilatları ilə əməkdaşlıq edirik və ölkəmiz də demokratik təsisatlarını inkişaf etdirməkdədir. Azərbaycan regionda yeganə ölkədir ki, öz büdcəsini on ildə 20 dəfə artırıb, yoxsulluğu 50%-dən 5%-ə endirib. Biz bu seçkilərlə əlaqədar lazım olan hər şeyi etdik. Bu seçkilər Azərbaycan xalqının iradəsinin göstəricisidir və bu da onu göstərir ki, İlham Əliyev Azərbaycan xalqının prezidentidir".
Alı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33