Aktrisa: "Sevmişəm, amma alınmayıb..."
11:18 21-02-2014
ŞOU
Aktrisa: "Sevmişəm, amma alınmayıb..."
Aktrisa Nigar Güləhmədovanın Milli.Az-a müsahibəsi (ixtisarla)
- Necə oldu ki, aktrisa oldunuz?
- Mən uşaqlıq illərimdə aktrisa olmağı xəyal edirdim. Adı üstündə, bu bir xəyal idi. Öz arzumu heç kimə demirdim. Ürəyimdə saxlayırdım. Zaman keçdi, yaşım artdıqca aktrisalıqdan daha çox, kino sahəsinə marağım artdı. Kinorejissor olmaq qərarına gəldim. Anam isə məni iqtisadçı görmək istəyirdi. Onun məsləhəti ilə orta məktəbi bitirən kimi sənədlərimi məhz o sahə üzrə ali məktəbə verdim. Lakin daxil ola bilmədim. Ondan sonra anam dedi ki, indi öz istədiyin sahəyə get. Mən də sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təqdim etdim və qəbul olundum.
- Teatrda fəaliyyət göstərməyə haçandan başladınız?
- Universitetin ikinci kursundan etibarən Bəxtiyar Xanızadənin dəvəti ilə Dövlət Pantomima Teatrında fəaliyyətə başladım. İki il orada çalışdıqdan sonra səhnədən uzaqlaşdım və 10 il teatrdan uzaq qaldım.
- Buna səbəb nə idi?
- Çünki teatrdakı maaş məni qane etmirdi. Ona görə də uzun müddət başqa sahələrdə işləməyə məcbur oldum.
- Hansı sahələrdə çalışdınız?
- Fəaliyyətimi prodakşnlarda, televiziyada və s. davam etdirdim.
- Bəs sizi yenidən səhnəyə qayıtmağa nə vadar etdi?
- Tetardan ayrı qaldığım zamanlarda anladım ki, mən səhnə üçün yaranmışam, səhnəsiz qala bilmərəm. Mənim ruhum teatra bağlıdır. Ağlım hisslərimə güc gələ bilmədi və ruhum məni dartıb yenidən səhnələrə qaytardı.
- Qayıdan kimi Akademik Milli Dram Teatrında fəaliyyətə başladınız?
- Bəli, Akademik Milli Dram Teatrına kurs rəhbərim Azərpaşa Nemətovun tövsiyəsi ilə gəldim. Artıq beş ilə yaxındır ki, fəaliyyətimi bu teatrda davam etdirirəm.
- Bundan sonra yenə nə vaxtsa teatrdan uzaqlaşa bilərsiniz? Yəni, buna ehtimal var?
- Xeyr, düşünürəm, bundan sonra, çətin ki, səhnədən uzaqlaşım.
- Sevmisiniz?
- Bəli, sevmişəm, amma alınmayıb.
- İndi ürəyiniz boşdur?
- Bəli (gülür).
- Sizin üçün nə qəlizləşib?
- Mən özüm qəliz insanam. Hətta suyu da içərkən asanlıqla içmirəm.
- Yerli seriallara çəkilirsiniz?
- Dəvət alanda çəkilirəm. Sonucu dəfə “Çaqqal nəfəsi” adlı serialda rol aldım. Onun ardınca C. Cabbarlının “Aydın” pyesi əsasında çəkilən çoxseriyali filmdə rolum var. Çəkilişlərə müvəqqəti olaraq ara verilib. Çox güman ki, yazda yenidən başlanacaq.
- Bəs xarici seriallardan, yaxud filmlərdən necə, dəvət almısınızmı?
- Hələ belə bir təklif almamışam.
- Sizcə, bizim aktrisalar nə üçün xarici rejissorların hədəfinə nadir hallarda düşürlər?
- Bilirsiniz, serial industriyasi bizdə hələ təzə baslayıb. Hələ təzəcə inkişaf edirik. O da olar, inşallah. Sadəcə olaraq, buna zaman lazımdır.
- Açıq-saçıq səhnələrə münasibətiniz necədir?
- Normaldır. Amma rejissorun onu necə təqdim etməsindən çox şey asılıdır. Hər bir açıq-saçıq səhnə pyesdə və ya filmdə özünü doğrultmalıdır. Əgər həqiqətən qaçılmaz və gözəl epizod olarsa, mən də tərəddüd etmədən qatılaram.
- Belə səhnələrin yer aldığı filmlərdən təklif almısınız?
- Xeyr, almamışam. Bizdə bu cür səhnələrdən bir çox hallarda imtina edirlər.
- Ümumiyyətlə, ürəyinizdən hansı rolu oynamaq keçir?
- Təbii ki, oynamaq istədiyim rollar var. Amma ümumilikdə mənə həvalə olunan heç bir roldan imtina etmirəm. Belə hesab edirəm ki, etməyim də düz olmaz. Çünki mən aktirsayam və mənə həvalə edilən hər bir rolu oynamaq mənim peşə borcumdur.
- Hal-hazırda hansı tamaşanın məşqlərini aparırsınız?
- İndi “Dədə Qorqud” eposundan birinci - “Buğac boyu”nun səhnələşdirilməsi üzrə məşqlər gedir. İnşallah, fevralın sonunda tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38