Azərbaycandakı Mc Donalds restoranlarını gözləyən böyük təhlükə
12:09 23-04-2014
İQTİSADİYYAT
Azərbaycandakı Mc Donalds restoranlarını gözləyən böyük təhlükə
Vətəndaşın 50 minlik məhkəmə iddiası geniş yayıla və qarşısı alınmaz presedentə çevrilə bilər
Xəbər verildiyi kimi, aprelin 28-də Nəsimi rayon Məhkəməsində zərərçəkmiş Rolan Məmmədovun "Mc donalds" restoranlar şəbəkəsinə qarşı 50 min manatlıq iddiasına baxılacaq. Bu sözləri zərərçəkmiş Rolan Məmmədovun vəkili Anar Qasımlı deyib.
Onun sözlərinə görə, məhkəmənin yubanmasına səbəb Nəsimi rayon Məhkəməsi ilə aralarında yaranan anlaşılmazlıq olub: "Qanunda belə bir müddəa var ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar işlərə şəxsin yaşadığı yer üzrə baxıla bilər. Amma Nəsimi rayon məhkəməsindən bizə bildirdilər ki, bunu cavabdeh tərəfin qeydiyyatda olduğu ünvana - Nərimanov rayon məhkəməsinə verin. Biz də şikayətimizi ora verdik və şikayətimizi qəbul etdilər".
Xatırladaq ki, Bakı sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu "Mc Donalds"dan sifariş etdiyi "Sezar" salatının içindən ilbiz çıxdığını iddia etmişdi.
Qeyd edək ki, araşdırmalarımız istehlakçı hüququ pozulan hər hansı vətəndaşımızın "Mc Donalds"a qarşı belə bir iddia ilə çıxış etmədiyini göstərir. Bu mənada Rolan Məmmədovun sözügedən məhkəmə iddiasını ilk adlandırmaq olar.
Eyni zamanda bu, adıçəkilən restoranlar şəbəkəsinə qarşı ölkə vətəndaşları arasında yeni president də yarada bilər. Söhbət bu restoranlarda istehlakçı haqları pozulan hər kəsin məhkəməyə üz tutmaq perspektivindən gedir.
Nəzərə alsaq ki, Azərbaycanda "Mc Donalds" restoranları ilə bağlı narazılıq çoxdur, o zaman bu şəbəkənin artıq tez-tez məhkəmələrə çəkilmək ehtimalı da yüksəkdir.
Onuda xatırladaq ki, Azərbaycandakı "Mc Donalds" restoranları ilə bağlı istər vətəndaşların, istərsə mütəxəssislərin müxtəlif vaxtlarda şikayət və narazılıqlarına rast gəlinib. Ekspertlər hesab edirlər ki, "Mc Donalds" uşaqların həyatına sui-qəsd hazırlayır. Belə ki, dünyada istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan İnternational Consumer Union adlı təşkilat var. Onlar mütəmadi olaraq insanların fastfooddan , yarımfabrikat qidalardan, qurudulmuş undan hazırlanmış çubuqlardan, çipsilərdən, dəfələrlə eyni yağda bişirilmiş kartoflardan uzaq durmaları üçün anti-reklam kampaniyaları aparır. Avropada kampaniyaların davamlılığı, qeyri-hökümət təşkilatlarının ciddi səyi insanları təbii qidalanmaya yönəldir. Dönər hazırda demək olar ki, türklərin sayəsində bütün dünyaya ayaq açıb. Hər yerdə də bu fastfood rolunu oynayır. Ancaq bizdə vəziyyət daha acınacaqlıdır. Dönər mənşəyi məlum olmayan ətdən hazırlanır. Ayaqüstü hazırlanan və yeyilən dönər küçədə toz torpağın döyənəyinə çevrilir. "Mc Donalds" isə bütün dünyanın gələcəyinin məhvinə hesablanmış bir şəbəkədir. Rəngarəngliklə uşaqları cəlb edib sağlamlıqlarına elə bir zərbə vururlar ki, bu zərbələr ömürlərinin sonuna qədər müxtəlif xəstəliklərlə onları izləyir. Valideynlər övladlarını zərərli qidalardan qorumağa borcludur. Gələcək nəsli sağlam görmək istəyiriksə, süni, mənşəyi qeyri-məlum qidalardan qaçmalıyıq.
Mütəxəssislərin bu cür rəylərini bir çox ölkələrdə "Mc Donalds" restoranlarının bağlanması, bəzi ölkələrdə isə belə restoranların fəaliyyətinə ümumiyyətlə icazə verilməməsi də təsdiqləyir.
Hesab etmək olar ki, adıçəkilən restoranlar şəbəkəsi ilə bağlı ortaya çıxan yeni narazılıq faktı həm də "Mc Donalds" qidalarının sağlamlığımıza nə qədər təhlükə yaratdığı mövzusunu gündəmə gətirəcək. Eyni zamanda bu restoranlar şəbəkəsinin ölkəmizdəki fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bir neçə il əvvəl başlayan və sonradan unudulan müzakirələrin də yenidən canlana biləcəyini təxmin etmək mümkündür.
Onu da qeyd edək ki, artıq bir neçə ildir Avropa və ABŞ-ın özündə "Mc Donalds" yeməkləri ilə bağlı narazılıqlar, şikayətlər yüksəlməkdədir. Hətta bir çox Avropa ölkələrində bu restoranlar şəbəkəsinin xidmətindən istifadə olunmur.
Analoji tendensiyanın ölkəmizdə də baş qaldıra bilməsi bu şəbəkənin Azərbaycandakı gələcəyini elə indidən şübhə altına almaq üçün ciddi əsaslar verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53